Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) mavi kartların oyun qaydalarına daxil edilməsinə razılıq verib. “The Telegraph” qəzetinin yaydığı xəbərə görə, bir oyunçuya mavi vərəqə göstərildikdən sonra o, 10 dəqiqə meydandan kənarlaşdırılacaq. Bir matçda iki mavi vərəqə isə futbolçunun oyundan kənarlaşdırılmasına bərabər olacaq. Nəticədə həmin kartların rəngi dəyişib, qırmızıya çevriləcək. Bildirilir ki, İFAB bu yeniliyi qadın və gənclər futbolunda, eləcə də aşağı liqa yarışlarında sınaqdan keçirmək niyyətindədir. Eyni zamanda, İngiltərə Futbol Assosiasiyası növbəti mövsümdə öz yarışlarında bu qaydanı tətbiq etməyə hazırlaşır.
Qeyd olunur ki, göstəriləcək mavi vərəqənin narıncı rəngə çevrilməsi təklifi verilib. Lakin sonradan digər kartların rənglərinə - sarı və qırmızıya bənzəməməsi üçün onu mavi etmək qərarına gəlib.