Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının “Əl-Nəsr” komandasının hücumçusu Kriştiano Ronaldo 2023-cü ildə 275 milyon dollar qazanaraq, dünyanın ən çox maaş alan idmançısı olub. İkinci yeri amerikalı qolfçu Con Rahm (203 milyon dollar), ilk üçlüyü Argentina millisinin və MLS-in “İnter Mayami” klubunun hücumçusu Lionel Messi (130 milyon dollar) bölüşdürür. Bu barədə məlumat Sportico portalında yer alıb.
Ötən ən çox maaş alan idmançılar
![Ötən ən çox maaş alan idmançılar](https://olimpnews.az/uploads/img/posts/2024/02/09/ronaldupng-1707470900.png)