Azərbaycanın daha bir badmintonçusu Keişa Fatimə Zəhra Bakıda keçirilən "Azerbaijan International 2024" turnirində 1/8 finala vəsiqə qazanıb.
İdmançımız 1/16 finalda Meksika təmsilçisi Vanessa Marisela Qarsiya Kontrerasa qalib gəlib.
Qarşılaşma Keişa Fatimə Zəhranın 2:0 (21:14, 21:10) hesablı qələbəsi ilə bitib.
Qeyd edək ki, daha əvvəl yığmamızın digər üzvü Edi Reski Dviçayo 1/8 finala yüksəlib.