"Monako"nun kapitanı Vissam Ben Yedder hazırki klubu ilə yayda başa çatacaq müqaviləsini yeniləməyəcək. Mənbənin məlumatına görə, forvard 2019-cu ilin avqustundan çıxış etdiyi klubu tərk edəcək.
Le10sport.com xəbər verir ki, 33 yaşlı fransalı hücumçu “Marsel” ilə azad agent kimi müqavilə imzalamaq arzusundadır. Mənbə həmçinin hücumçunun Səudiyyə Ərəbistanı klublarından birinə mümkün transferini də diqqətdə saxlayır.
Mıumat üçün bildirək ki, bu mövsüm Ben Yedder "Monako"nun heyətində bütün turnirlərdə 21 oyun keçirib, 15 qol vurub və 1 məhsuldar ötürmə edib. Transfermarkt 33 yaşlı forvardın qiymətini 10 milyon avro olaraq qiymətləndirir. 2019-cu ildə “moneqasklı”lar onun üçün 40 milyon avro ödəyiblər.