"Liverpul"un baş məşqçisi Yurgen Klopp bu mövsümün sonunda klubdan ayrıldıqdan sonra tikinti işləri ilə məşğul olacaq.
"Daily Express"in yayıdığ xəbər görə Klopp iki yeni obyekt inşası ilə məşğuldurr. Onlardan biri vətəni Visbadendə, Maynts (Almaniya) yaxınlığındadır. Mütəxəssis həm də Malyorkada ev inşa etdirir. Çünki Balear adaları onun sevimli istirahət məkanıdır.
İndiyədək Yurgen Kloppun Almaniyadakı evinin tikinti işlərinə həyat yoldaşı Ulla Klopp nəzarət edirdi. Lakin məşqçi mövsümün sonunda "Liverpul"dan ayrılacaq və bütün tikinti işlərinə özü nəzarət edəcək. Çünki proses qrafikdən xeyli geri qalır. Y.Klopp bir müddət məşqçilik fəaliyyətinə ara verəcək.