Futbol üzrə Azərbaycan Premyer Liqasında XXII turun oyunlarına yekun vurulub. Turun son oyunu “Dalğa Arena”da “Araz-Naxçıvan” və “Neftçi” komandaları arasında olub. Oyunun taleyini 1 qol həll edib. Matçda vurulan yeganə qolun müəllifi Orxan Əliyev olub. O, 90+2-ci dəqiqədə penaltidən fərqlənməklə "Araz-Naxçıvan"a 1:0 hesablı qələbə qazandırıb.
Qeyd edək ki, Premyer Liqada XXIII turun 4 oyunu fevralın 17-18-də, “Qəbələ” – “Qarabağ” görüşü isə 28-də keçiriləcək.