Dünən İngiltərənin "Mançester Siti" klubu Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda Danimarka "Kopenhagen"inə qalib gəlib - 3:1. «Opta»nın məlumatına görə, "Şəhərlilər" turnirdəki son doqquz matçında qalib gəlib və bu, Premyer Liqa komandaları üçün əsas avrokuboklarda ən uzun qələbə seriyası olub. Bundan başqa
“Mançester Siti” Çempionlar Liqası tarixində ardıcıl 7 turinirdə ən azı 3 qol vuran ilk klub oldu. Xatırladaq ki, qrup mərhələsində Mançester komandası hər birində 3 qol vuraraq, 6 qələbə qazanıb.