Frimponq diqqəti öz üzərinə çəkə bildi

Frimponq diqqəti öz üzərinə çəkə bildi

Leverkuzen «Bayer»inin müdafiəçisi Ceremi Frimponq İspaniya La Liqasında çıxış etməyi arzu edir. «Todofichajes» portalının məlumatına görə o, Madrid «Real»ının diqqətini çəkməyə çalışır. O, bunu bacarıb. Madrid təmsilçiləri yay transfer pəncərəsində onu heyətə cəlb etməyə çalışacaq. Frimponqun hazırki klubu ilə müqaviləsi 2028-ci ilə qədərdir. Onun transferinin təzminat məbləği 40 milyon avrodur. Frimponq bu mövsümündə 20 oyuna çıxıb, 6 qol vurub və 6 məhsuldar ötürmə edib. Onun komandası hazırda Bundesliqada turnir cədvəlinə başçılıq edir.