Baş məşqçisiz olan millimiz reytinqdə irəlilədi

Baş məşqçisiz olan millimiz reytinqdə irəlilədi

FIFA milli komandaların yeni reytinq cədvəlini açıqlayıb. Futbol üzrrə Azərbaycan millisi yeni siyahıda bir pillə irəliləyib. Hazırda baş məşqçisiz olan komandamız 1174.22 xalla 113-cü sırada qərarlaşıb.

Reytinq siyahısına əvvəlki kimi, son dünya çempionu Argentina seçməsi (1855.2 xal) başçılıq edir. Fransa (1845,44) ikinci, İngiltərə (1800.05) üçüncüdür. 

Türkiyə yığması (1505.28) isə 2 pillə irəliləyərək 35-ci sıraya yüksəlib.