Bu gün futbol üzrə UEFA Avropa Liqasında pley-off mərhələsinin oyunlarına start veriləcək. Qitənin ikinci ən nüfuzlu klub turnirində ölkəmizi təmsil edən “Qarabağ” komandası da bu mərhələdə ilk oyununu keçirəcək.
Qurban Qurbanovun komandası Portuqaliyada “Braqa” ilə tarixi oyuna çıxacaq.
“Munisipal” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. “Qarabağ”da Kevin Medina zədə, Marko Veşoviç isə cəza səbəbindən oynaya bilməyəcək. Meydan sahiblərinin heyətində isə Bruma və Adrian Marin zədəli olduqları üçün oyunu buraxacaqlar.
Qeyd edək ki, komandalar arasında cavab görüşü fevralın 22-də Bakıda keçiriləcək.