Hesab gəlib minə çatdı

Hesab gəlib minə çatdı

Səudiyyə Ərəbistanının "Əl Nəsr" klubunun hücumçusu Kriştianu Ronaldo klub səviyyəsində 1000-ci oyununu keçirib. Bu barədə Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) mətbuat xidməti xəbər verib.

Yubiley matçı Asiya Futbol Konfederasiyası Çempionlar Liqasının 1/8 final mərhələsinin Səudiyyə Ərəbistanının “Əl Feyx” komandası ilə ilk görüşə təsadüf edib. Qeyd edək ki, qarşılaşmada yeganə qolu Ronaldo vurub.