"Barselona" hücum haqqında düşünür

"Barselona" hücum haqqında düşünür

"Barselona" hücum mövqeyini gücləndirmək üçün namizədlərin adlarını açıqlayıb. Mundo Deportivo xəbər verir ki, kataloniyalılar yay transfer pəncərəsində üç hücumameyilli futbolçudan birini transfer edə bilər.

Siyahıda cinah oyunçuları Xviça Kvaratsxeliya (“Napoli”), Kaoru Mitoma (“Brayton”) və Qabriel Martinelli (“Arsenal”) yer alıb.

Qeyd olunur ki, kataloniyalılar "Liverpul"un futbolçusu Məhəmməd Salahı dünyanın ən güclü cinah oyunçusu hesab edirlər. Lakin onun transferinin mümkün olmayacağını da anlayırlar.