Futbol üzrə UEFA Avropa Liqasında pley-off mərhələsində ilk oyununlarına start verilib. Qitənin ən nüfuzlu ikinci klub turnirində ölkəmizi təmsil edən
"Qarabağ" klubu Portuqaliyada "Braqa"nın qonağı olub.
“Munisipal” stadionunda oynanılan görüş Qurban Qurbanovun komandasının tarixi qələbəsi ilə yadda qalıb -2:4. Danimarkalı baş hakim Morten Kroqun idarə etdiyi oyunda hesab 21-ci dəqiqədə açılıb. Ağdam klubunun yarımmüdafiəçisi Marko Yankoviç penaltidən fərqlənib. Matçın 44-cü dəqiqəsində meydan sahibləri Simon Banzanın qolu ilə hesabı bərabərləşdiriblər. Oyunun 54-cü dəqiqəsində “Qarabağ” yenidən hesabda önə keçməyi bacarıb. Abdullah Zubir cərimə meydançasındakı qarışıqlıqdan məharətlə isifadə edib. Bu qoldan 9 dəqiqə sonra Olavio Juninyo braqalıları yenidən meydanın mərkəzinə dəvət edib. Qarşılaşmanın 69-cu dəqiqəsində isə A.Zubir özünün 2-ci, komandasının 4-cü qoluna imza atıb.
Meydan sahibləri oyunun sonlarına yaxın penaltidən hesab arasındakı fərqi bir qədər azaldıb. 90+1-ci dəqiqədə Joau Moutinyu “Braqa”nın ikinci qolunu vurub.
Bu oyunda son qol olub və “Qarabağ” çətin Braqa səfərindən tarixi qələbə ilə qayıdır.
Bu komandalar arasında cavab görüşü fevralın 22-də Bakıda “Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.