Taiti Argentinadan güclü oldu

Taiti Argentinadan güclü oldu

Fevralın 15-də Dubayda (BƏƏ) başlayan kişilər arasında çimərlik futbolu üzrə dünya çempionatı davam edir. Yarışın ilk günündə A və B qruplarından olan komandalar mübarizə aparıblar.

Açılış matçında ABŞ komandası İtaliyaya 1:3 hesabı ilə uduzub. İkinci görüşdə isə turnirin ev sahibləri Misir yığmasına 2:1 hesabı ilə qalib gəlib.

B qrupunda Taiti komandası Argentina millisinə 4:3 hesabı ilə qalib gəlib. İspaniya və İran komandaları əsas vaxtda qalibi müəyyən edə bilməyiblər. Onbirmetrlik cərimə zərbələrində iranlılar üstün olublar (6:6, 3:1)

Çimərlik futbolu üzrə Dünya Çempionatı 2024

A qrupu

 

ABŞ - İtaliya - 1:3

BƏƏ - Misir - 2:1

 

B qrupu

Taiti - Argentina - 4:3

İspaniya - İran - 6:6 (1:3 pen.)