«San Antonio Spurs» mərkəz oyunçusu Viktor Vembanyama NBA tarixində dördüncü ən sürətli nəticə ilə 1000-ci xalını qazanıb. Bununla da o, əfsanəvi Maykl Cordanın edə bilmədiyini bacarıb. Bu nailiyyət üçün zamanında Cordana 1448 dəqiqə lazım idi. 19 yaşlı Venbayama isə bu uğuranailiyyətə 1377 dəqiqə ərzində çatıb. Bununla da Venbayma Cordanı 71 dəqiqə qabaqlayıb.
Qeyd edək ki, bu Viktor Vembanyama ilk uğuru deyil. O, əvvəllər NBA tarixində 30 xal toplayan və kortda 30 dəqiqədən az müddətdə yeddi bloklu atış edən ilk basketbolçu olub. Bundan əlavə, Vembanyama 1992-ci ildən bəri ilk beş oyununda 100 xal toplayan və 10 bloklu zərbə icra edən ilk NBA oyunçusu sayılır. Ona qədər bu tarixi nəticə Şakil ONilə məxsus idi. O, göstərdiyi oyun nəticələrinə görə rekord baxımından Hakim Olajuvon (dörd dəfə), Kərim Abdul-Cabbar, Ralf Sampson və David Robinsonla ayaqlaşa bilib.