"Barselona" müdafiəçisi Ronald Arauxo ilə müqaviləni uzatmağa hazırdır. Marca xəbər verir ki, bu həftə klubun idman direktoru Deko uruqvaylı futbolçu ilə görüşüb. Məlumat üçün bilidrək ki, 24 yaşlı futbolçunun klubla hazırkı müqaviləsi 2026-cı ilin yayına qədər nəzərdə tutulub. Kataloniyalılar Arauxonun maaşını artırmaqla yanaşı, onunla müqaviləni 2029 və ya 2030-cu ilə qədər uzatmaq niyyətindədir. Qeyd edək ki, bu mövsüm Araujo "Barselona"nın heyətində 25 oyun keçirib və 1 qol vurub.
Uruqvaylı futbolçuya yeni təklif