Tuxelin İspaniya arzusu

Tuxelin İspaniya arzusu

"Bavariya"nın baş məşqçisi Tomas Tuxel komandaya rəhbərlik etmək təklifi ilə "Barselona"ya müraciət edib. Mundo Deportivo xəbər verir ki, almaniyalı mütəxəssis çoxdandır ki, İspaniya çempionatında özünü sınamaq istəyir. Kataloniyaları hələ ki, bu barədə fikir bildirməyib. Qeyd edək ki, klubun hazırkı baş məşqçisi Xavi Hernandes mövsümün sonunda komandanı tərk edəcək.