Premyer Liqa: "Neftçi" turu qələbə ilə başa vurdu 

Premyer Liqa: "Neftçi" turu qələbə ilə başa vurdu 

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIII turun daha bir oyunu keçirilib. Günün ikinci matçında "Neftçi" "Zirə"ni qəbul edib.

Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə bitib - 1:0. Yeganə qolu 11-ci dəqiqədə Ervin Koffi vurub.

Bu nəticədən sonra xallarının sayınə 35-ə çatdıran "Neftçi" üçüncü pillədə qərarlaşıb. "Qartallar" 32 xalla dördüncüdür.