"Sumqayıt" - "Turan Tovuz” oyununda qalib müəyyənləşmədi

"Sumqayıt" - "Turan Tovuz” oyununda qalib müəyyənləşmədi

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIII turun daha bir oyunu keçirilib. Günün ilk matçında "Sumqayıt" "Turan Tovuz”u qəbul edib. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionundakı qarşılaşma qolsuz bərabərliklə yekunlaşıb.

"Gənclik şəhəri" təmsilçisi hazırda 36 xalla 2-ci, Tovuz klubu 30 xalla 8-ci pillədə qərarlaşıb.