Hazardın “Real” xatirələri

Hazardın “Real” xatirələri

Karyerasını başa vuran belçikalı futbolçu Eden Hazard Madrid “Real”ı haqqında xatirələrindən danışıb.  Keçmiş futbolçu vaxtilə forma geydiyi “Çelsi” ilə “Real”I müqayisə edib.  

"Çelsi” daha çox bir ailəyə bənzəyirdi. Hamımız dost idik, bir ailə kimi idik. “Real”a getmisinizsə, davamlı şəkildə yüksək səviyyədə oynamalısınız, özünüzü göstərməlisiniz. “Çelsi”də oyunda məğlub olduqdan sonra duş zamanı belə gülürdük. “Real Madrid'də isə bu mümkün belə deyil.

“Real”da oynamaq mənim arzum idi. Hər nə qədər işlər planladığım kimi getməsə də, gözəl bir klubda oynadım. Madridistaların üzündə sevinc yarada bilmədiyim üçün məyusam”.