"Bavariya"nın yarımmüdafiəçisi Coşua Kimmix yayda klubu tərk etmək niyyətindədir. Bu barədə Jurnalist Əkrəm Konur xəbər verib. O bildirib ki, almaniyalı futbolçu Münhen klubunda özünü rahat hiss etmir. Qeyd edilir ki, Kimmix "Bohum"la matçda (2:3) əvəzləndikdən sonra Tomas Tuxelin köməkçi məşqçisi Zsolt Lövlə münaqişəyə girib. O, klubun məşqçilər korpusu ilə yola getmir. Hadisələr bu cür davam etsə, Kimmix PSJ-dən göndərilən təklifi müsbət dəyərləndirəcək.
Alman futbolçu özünü "Bavariya"da narahat hiss edir