"Real" Mbappeyə hansı nömrəni verəcək?

"Real" Mbappeyə hansı nömrəni verəcək?

Jurnalist Santi Aunanın sosial şəbəkə hesabında yazdığı xəbərə görə, fransalı hücumçu Kilian Mbappe Madrid "Real"ında 10 nömrəli forma ilə çıxış edəcək. Hazırda bu nömrəli köynək xorvatiyalı yarımmüdafiəçi Luka Modriçə məxsusdur. Bildirilir ki, «Kral klubu» mövsümün sonunda onunla müqaviləni yeniləməyəcək.

Qeyd edək ki, Mbappe hazırda PSJ-də 7 nömrə altında çıxış edir.