"Barselona" transfer bazarına aktiv qoşulmaq istəyir

"Barselona" transfer bazarına aktiv qoşulmaq istəyir

"Barselona" "Bavariya"nın müdafiəçisi Alphonso Deyvislə maraqlanır. «Jijantes FC» sosial hesabında yayılan xəbərə görə, kataloniyalılar hazırki klubu ilə gələn yay müqaviləsi başa çatacaq futbolçu ilə danışıqlara başlayıb. Danışıqlarda «Barselona»nın idman direktoru Deko şəxsən özü iştirak edib.

Məlumat üçün bildirək ki, "Barselona" "Napoli"nin vingeri Xviça Kvaratsxeliyanı da diqqət mərkəzində saxlayıb. «BarcaTimes»in məlumatına görə, kataloniyalılar gürcüstanlı futbolçu üçün təxminən 90-100 milyon avro xərcləməyə hazırdır.