"Barselona"nın baş məşqçisi Xavi klubdan jurnalistlərə məlumat sızdıran adamın axtarışı ilə məşğuldur. Bu barədə X sosial şəbəkəsində (keçmiş Twitter) «El Chiringuito TV» məlumat yayıb. Mənbənin sözlərinə görə, məşqçi messencerlərdən birində işçi profillərini yoxlayıb. Onun jurnalistlərlə əlaqə saxladığı qeyd edilir. Klubdan “sızan” xəbərin doğru olduğu vurğulanır. Bundan başqa, Xavinin özü də jurnalistlərə zəng edərək, mənbələri soruşub. Bildirilir ki, “köstəbək” heç vaxt müəyyən edilməyib.