"Real"ın imzalı köynəyi sahibinə çatdı

"Real"ın imzalı köynəyi sahibinə çatdı

"Dallas Mavericks"in basketbolçusu Luka Donçiç sosial şəbəkə hesabında Madrid "Real"ının ona göndərdiyi köynəyin şəkilin paylaşıb. Köynəyin üzərində kubunu futbolçularının imzaları da diqqətdən yayınmayıb.

Məlumat üçün bildirək ki, 2018-ci ildə Milli Basketbol Assosiasiyasına qoşulmazdan əvvəl Donçiç "Real"ın basketbol klubunda çıxış edib. O, 2017/2018 mövsümündə Madrid komandası ilə birlikdə Avroliqanın qalibi olub. Eyni zamanda müntəzəm mövsümün və bu turnirin Dördlər Finalının ən yaxşı oyunçusu seçilib.