"Mançester Siti" tezliklə norveçli futbolçu Oskar Bobbla yeni müqavilə imzalayacaq. Norveçlinin "Mançester Siti" ilə hazırkı müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. «Daily Mail»in jurnalisti Cek Qoqanın sözlərinə görə, hər iki tərəf yeni uzunmüddətli müqavilə imzalamağa hazırdır.
Qeyd edək ki, norveçli vinger “Mançester Siti”nin heyətində 18 oyun keçirib. İki qol vuraraq, bir məhsuldar ötürmənin müəllifi olub.
«Şəhərlilər» Oskarı əldən vermək istəmirlər