Bakı-2015 xarici KİV-lərin diqqət mərkəzindədir

Bakı-2015 xarici KİV-lərin diqqət mərkəzindədir


Tarixdə ilk dəfə 2015-ci ilin iyun ayında Bakıda keçiriləcək Avropa Oyunları və bu oyunlara hazırlıqla bağlı ölkəmizdə həyata keçirilən layihələr dünya kütləvi informasiya vasitələrinin marağına səbəb olub.
Dünyanın aparıcı telekanalı olan «Euronews» Bakıda keçiriləcək Avro-2015 Oyunlarının rəsmi loqosunun təqdimat mərasimi ilə bağlı süjet yayımlayıb. Süjetdə Azərbaycan gənclər və idman naziri Azad Rəhimovun, Avropa Olimpiya Komitəsinin (AOK) prezidenti Patrik Hikkinin, Olimpiya çempionu Fərid Mansurovun, İspaniyanın «Atletiko Madrid» klubunun oyunçuları David Villa və Arda Turanın Avro-2015 Oyunları ilə bağlı fikirləri verilib.
«Euronews» daha sonra Bakıda keçiriləcək Avro-2015 Oyunlarına hazırlıqla bağlı yaradılan infrastruktur, yüksək səviyyədə şərait və əhalinin əhval-ruhiyyəsi barədə məlumat verib.
Sonra Avropa Oyunları ilə bağlı daha bir maraqlı süjet Rusiyanın məşhur «Rossiya -24» telekanalında efirə gedib. .