UEFA Avropa Liqasının 1/8 final mərhələsində Bakıda “Qarabağ” və “Bayer” komandaları arasında keçiriləcək ilk oyunun biletləri satışa çıxarılıb.
Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq matçın biletlərinin qiyməti müvafiq olaraq, 5, 10, 20, 30, 40, 100 və 150 manat təşkil edir.
VVIP C və VVIP D sektorları üçün biletlər isə 300 manata satılır.
Biletləri Iticket.az-ın satış məntəqələrindən, “Qarabağ”ın Park Bulvardakı fan-şopundan, mərkəzi arenanın və Heydər Əliyev Sarayının kassalarından əldə etmək olar.
Qeyd edək ki, “Qarabağ” “Bayer”ə qarşı ilk oyununu martın 7-də Bakıda, cavab matçını isə 1 həftə sonra Leverkuzendə keçirəcək.