Futbol üzrə Azərbaycan Premyer Liqasında çıxış edən “Sabah” klubuna yeni baş məşqçi təyin olunub. Klubdan verilən məlumata görə, komanda xorvatiyalı məşqçi Krunoslav Renduliçə həvalə olunub. Klub rəhbərliyi təcrübəli mütəxəssislə 1,5 illik müqavilə imzalanıb.
Xorvatiyalı məşqçi buna qədər məşqçi karyerası ərzində İranın “Fulad” (2014-2016) və bu ölkənin əsas milli komandasında (2022) köməkçi məşqçi, həmçinin Xorvatiyanın “İstra 1961” (2018/19), “Şibenik” (2019-2021), “Qoritsa” (2021-2022), Bosniya və Herseqovinanın “Zrinski” (2022-2023) klublarında baş məşqçi kimi çalışıb. O, “Zrinski” ilə Bosniya və Herseqovina çempionu olub və bu ölkənin kubokunu qazanıb (2022-2023).
Xatırladaq ki, “Sabah” klubu hazırda Azərbaycan Premyer Liqasında 25 oyundan 34 xal toplayaraq 6-cı pillədə qərarlaşıb.