İtaliyanın Busto Arsizio şəhərində boks üzrə I Dünya Olimpiya Təsnifat Turniri davam edir.
Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, yarışda iştirak edən Azərbaycanın daha bir boksçusu turnirə qələbə ilə başlayıb. 63,5 kq çəki dərəcəsində rinqə çıxan Avropa Oyunlarının mükafatçısı 1/32 final çərçivəsində Matias Amaya Lusianonu (Argentina) mübarizədən kənarlaşdırıb. Komandamızın üzvü rəqibini 3:2 (29:28, 28:29, 30:27, 30:27, 28:29) hesabı ilə məğlub edib. Boksçumuz növbəti döyüşünü martın 7-də yaponiyalı Şion Nişiyamaya qarşı keçirəcək.
Xatırladaq ki, buna qədər komandamızın digər üzvlərindən Nicat Hüseynov (51 kq), Ümid Rüstəmov (57 kq) və Zeynəb Rəhimova (54 kq) da 1/16 finala vəsiqə qazanıb.
Qeyd edək ki, Azərbaycan yığması yarışa 9 boksçu ilə təmsil olunur.