Uğurları ilə gələjək nəsilə nümunə olan təjrübəli mütəxəssis

Uğurları ilə gələjək nəsilə nümunə olan təjrübəli mütəxəssis

Mənalı ömür yaşamaq hər kəsə qismət olmur. Bitməyən arzulara çatmaq üçün həyatın gözlənilməz sınaqlarından üzüağ çıxmaq yalnız güjlü və iradəli insanlara xoş olan xüsusiyyətdir. Əgər həyatda istəklərimizə və arzularımıza bir göz qırpımında çatmaq mümkün olsaydı, onda hər şey mənasını, marağını tez itirərdi. İnsan ömründə qismət və bəxt də əsas amillərdən biridir.

Bu yaxınlarda tanınmış idman mütəxəssisi, həyatını ölkəmizdə bu idman növünün inkişafına həsr edən Şüa Hüseynovun 85 yaşı tamam olub. Onu tanıyanlar yaxşı bilirlər ki, Şüa müəllim gənj yaşlarından arzu və istəklərinin reallaşması yolunda inamla addım atan insanlardan biridir. O, bu yaşa qədər örnək olan həyat yolunda neçə-neçə sınaqlardan keçib. Şüa müəllim öz tərjümeyi-halına nəzər salarkən, görürük ki, bəli, uğura gedən yol heç də asan başa gəlmir. “Olimpiya dünyası” qəzeti bu təjrübəli mütəxəssisin həyatından bəhs edən geniş məqaləni çoxsaylı oxujularına təqtdim edir.

 

Marağın uğura çevrilməsi üçün bir kəlmə bəs etmişdi

Şüa Hüseyn oğlu Hüseynov 1939-ju il fevral ayının 27-də Gənjə şəhərində anadan olub. 1952-ji ildə 15 saylı məktəbdə təhsil alıb. Orta məktəbin 7-ji sinfindən sonra sənədlərini Gənjə İnşaat Texnikumuna təqdim edərək, bu təhsil ojağına daxil olub. Tələbəlik illərində idmana olan marağı onu ağırlıqqaldırma idman növü ilə qarşılaşdırıb.

“Həmin dövrdə Gənjədə idman növləri arasında daha çox güləş böyük vüsət almışdı. Lakin mənim ağırlıqqaldırmaya böyük həvəsim var idi. Bu günə qədər yadımdadır. 1952-ji ilin noyabr ayı idi. Öyrənib, araşdırdım ki, “Spartak” jəmiyyətində ağırlıqqaldırma növü fəaliyyət göstərir. Vaxt itirməyib, o bölməyə yaxınlaşdım. Gördüm ki, orada erməni məşq edir. Səhv etmirəmsə özü də məşqçi idi. Ona bildirdim ki, mən də bu idman növü ilə məşğul olmaq istəyirəm. Məni başdan-ayağa süzdü. Dedi ki, çıx get, səndən “ştanqist” olmaz. Ona bildirdim ki, axı mənim həvəsim var. O, özündən çıxdı. Sözün əsil mənasında məni oradan qovdu. Düzü, pərt olmuşdum. Amma daxilimdə olan həvəs məni rahat buraxmırdı. Görünür, tale məni bu jür sınağa çəkmişdi”, - deyə o bildirib.

 

“Təsadüflər insan həyatında mühüm rol oynayırmış”

Şüa müəllim öz xatirələrində qeyd edir ki, erməni məşqçinin bu jür davranışı onu qətiyyən ruhdan salmayıb. Əksinə ona əlavə stimul vermişdi ki, o arzusunu nəyin bahasına olursa, olsun həyata keçirsin. Təsadüflərin insan həyatında mühüm rol oynadığını qeyd edən yubilyarın dediklərindən:

“Həmin vaxt texnikum tələbəsi idim. Artıq noyabr ayı başa çatmaq üzrə idi. Yuxarı mərtəbədən düşəndə, gördüm ştanq səsi gəlir. Otağa yaxınlaşıb, qapıdan içəri boylandım. Gördüm birinji mərtəbədə, 16 kvadrat metrlik otaqda məşq üçün şərait yaradılıb. Ağırlıqqaldırma idman növü ilə məşğul olmaq üçün lazımi alətlər var idi. Bir nəfər də çəki daşları ilə məşq edirdi. Məlum oldu ki, o da ermənidir və mənim kimi texnikumda təhsil alırdı. Ona dedim ki, mən də məşq etmək istəyirəm. Etiraz etmədi. Özü məni dəvət etdi. Beləliklə həmin vaxtdan etibarən Gənjə şəhərində ağırlıqqaldırma ilə məşğul olmağa başladım. Mən bu idman növünə çox sıx bağlanmışdım. Hətta gejələr yuxuda da çəki “qaldırırdım”.

 

“Fəxri kürsüyə çıxanda ona dedim ki...”

Şüa Hüseynovun ağırlıqqaldırma idman növünə olan marağı qısa müddət ərzində öz bəhrəsini verib. Böyük həvəs və istək təxminən 3 ilin tamamında onu böyük sınaq qarşısına çıxarıb.

“1955-ji ilin noyabr ayında Bakı birinjiliyi keçiriləjəkdi. Bu mənim ilk yarışım deyildi. O vaxta qədər bir sıra yarışlarda özümü sınamışdım. Nətijələrim də ürəkaçan olmuşdu. Lakin paytaxt birinjiliyinin xüsusi əhəmiyyəti var idi. Eşitmişdim ki, üç il qabaq “məni zaldan qovan” həmin o erməni də bu yarışda iştirak edəjək. Bu, mənə daha da stimul verdi. Öyrəndim ki, o yarışda 82 kq çəkidə iştirak edəjək. Birinjiliyə qədər çəkim 73 kq idi. Biraz çəkimi artırıb, 75,5-ə çatdırdım. Onun da çəkisi təxminən 79-80 kq idi. Çox istəyirdim ki, onunla eyni yarışda mübarizə aparım. Bu istəyimə də çatdım. Həmin vaxtı ağırlıqqaldırmada üç hərəkət var idi. Birinji hərəkət olan tədrijən qaldırmada erməni idmançı 95, mən isə 90 kq nətijə göstərdim. İkinji hərəkətdə yəni, birdənqaldırmada o 90, mən isə 92,5 kq çəkininin öhdəsindən gəldim. Təkanla qaldırmada isə o, 115 kq, mən isə 117,5 kq çəkini ram etdim. Beləliklə, bu mübarizədə ona qalib gəldim. Fəxri kürsüyə çıxanda ona dedim ki, mən o vaxt ağırlıqqaldırma ilə məşğul olmağıma imkan vermədiyin həmin oğlanam”, - deyə Şüa müəllim qeyd edib.

 

“İnsan gərək sevdiyi işlə məşğul olsun”

Bakı birinjiliyi onun həyatında sıradan bir yarış olmayıb. Bu yarış sanki Şüa müəllim üçün bir təkan olub. Onun həyatında texnikium illəri, tələbəlik dövrü xüsusi əhəmiyyət kəsb edib. Texnikumu bitirdikdən sonra onun yolu Orta Asiyaya qədər uzanıb. Lakin Şüa Hüseynov sevdiyi və uğrunda hər bir çətinliyə sinə gərən ağırlıqqaldırmadan ayrılmayıb. Özbəkistanın paytaxtı Daşkənddə təjrübəli mütəxəssislə məşqlərini davam etdirib. Hətta həmin ərəfədə Daşkənd çempionu adını da qazanmağa müvəffəq olub. Doğma vətəninə qayıtdıqdan sonra bir il Gənjədə işləyib. Daha sonra Bakıya qayıdıb, ali təhsil almaq arzusunu həyata keçirib. Belə ki, 1958-ji ildə Azərbayjan Dövlət Bədən Tərbiyəsi İnstitutuna daxil olub, 1962-ji ildə institutu bitirib. Ardınja Azərbayjan Dövlət Universitetinin biologiya fakültəsinin tələbəsi adını qazanıb. 1967-ji ildə universiteti müvəffəqiyyətlə başa vurub.

Ali təhsil aldığı dövrlərdə belə yarışlardan kənarda qalmayan Şüa Hüseynov idman sahəsində əldə etdiyi nailiyyətlərdən danışarkən bunları deyib:

“1958-1965-ji illərdə 8 dəfə Azərbayjan çempionu adını qazanmışam. İştirak etdiyim yarışlarda 20-ə yaxın Azərbayjan rekordu vurmuşam. Bu müddət ərzində iki dəfə ümumittifaq yarışlarında mükafatalayiq nətijələr göstərmişəm. Hərbi Hava Qüvvələrinin və Tələbələrin SSRİ çempionatında ikinji yerə sahib çıxmışam.

1955-ji ildən etibarən bir mütəxəssis kimi qazandığım təjrübəni gənjlərlə bölüşməyə başlamışam. 1969-ju ilə qədər müxtəlif idman jəmiyyətlərində baş məşqçi işləyib və 15 nəfərdən artıq idman ustası hazırlamışam. 1974-jü ildə İtaliyada Beynəlxalq Ağır Atletika Federasiyasının qərarına əsasən beynəlxalq dərəjəli hakim adına layiq görülmüşəm. Keçən 30 il ərzində Avropa, dünya birinjiliklərində hakim kimi iştirak etmişəm. 1980-ji ildə Moskvada keçirilən XXII Yay Olimpiya Oyunlarında ədalət təmsilçisi olmuşam. Buna görə Təşkilat Komitəsi tərəfindən xüsusi mükafata da layiq görülmüşəm. Ağırlıqqaldırma idman növü üzrə idman ustası normasını yetirmişəm. İdman sahəsində əldə etdiyim nailliyyətlər ağırlıqqaldırmaya olan istəyimdən irəli gəlib. Hesab edirəm ki, insan gərək sevdiyi işlə məşğul olsun. Belə olduğu təqdirdə uğur və nailiyyət onu kölgə kimi izləyir”.

 

Müəllim adını daim yüksəklərdə tutan pedaqoq

Bir idman növünün inkişafı üçün lazımdır ki, həmin sahəyə təjrübəli bir mütəxəssis rəhbərlik etsin. Şüa Hüseynovun idmandakı təjrübə və bajarıqları imkan verib ki, ona rəhbər vəzifə həvale edilsin. Belə ki, o, 1961-1966-jı illərdə Bakı şəhər Ağır Atletika Federasiyasının sədri və 1967-1995-ji ilə qədər Respublika Ağır Atletika Federasiyasının prezidenti kimi fəaliyyət göstərib. 1995-ji ildən isə fəxri prezidenti kimi bu sahədə öz məsləhətlərini verib. Federasiya rəhbəri olduğu dövrdə yerli idmançıların yetişməsinə diqqət yetirib. Respublikanın bir sıra şəhərlərində yeni ağırlıqqaldırma bölmələri açılıb. Milli komanda yerli idmançıların sayəsində tədrijən aşağı pillələrdən yüksəlməyə nail olub.

Onu yaxından tanıyanlar yaxşı bilirlər ki, Şüa Hüseynov eyni zamanda müəllim adını daim yüksəklərdə tutan, bu peşəyə nüfuz qazandıran pedaqoqlardan biridir. Təjrübəli mütəxəssis 1967-ji ildən taleyini yenidən Azərbayjan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası ilə bağlayıb. Bu təhsil ojağında ağırlıqqaldırma və boks kafedrasında müəllim, baş müəllim vəzifələrində çalışıb. Şüa müəllim 1974-jü ildə “Yaş və idman fiziologiyası” mövzusunda dissertasiya işini uğurla müdafiə edərək, biologiya elmləri namizədi alimlik dərəjəsi alıb. 1994-jü ildən isə professordur. O, 60-dan çox elmi məqalə, 8 dərslik və digər tədris vəsaitlərinin müəllifidir. Fəaliyyət göstərdiyi bütün sahələrdə nümunəvi bir mütəxəssis kimi tanınan Şüa müəllimin xidmətləri həmişə yüksək qiymətləndirilib. Müxtəlif illərdə ona idman ustası, əməkdar bədən tərbiyəsi və idman xadimi, beynəlxalq dərəjəli hakim adları verilib. 2001-ji ildə isə Dövlət başçısının Sərənjamı ilə “Tərəqqi” medalına layiq görülüb.

Azərbayjan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının 80 illiyində Azərbayjan Respublikası prezidenti İlham Əliyevin Sərənjamı ilə “Azərbayjan Respublikasının Əməkdar müəllimi” fəxri adına layiq görülüb. Onu da qeyd edək ki, Şüa Hüseynov Milli Olimpiya Komitəsinin ilk üzvlərindən olub.

İdmanda keçən ömür yolundan danışan Şüa müəllim hər zaman gənj nəsillərə öz təjrübəsindən danışarkən, bir sıra məqamları xüsusi vurğulayır: “Gəzməyi, səfərləri xoşlayıram. İstirahət üçün hər zaman vaxt tapmışam. Qidalanmanı da nəzərdən qaçırmamışam. Bütün bunlar sağlamlıq üçün vajib şərtlərdəndir. Bütün qüvvə və bajarığımı hər zaman gənj nəslə sərf etmişəm. Bu mənim vətəndaş mövqeyimdir. İdman Akademiyasında 40 il kafedra müdiri, Federasiyada isə 30 il rəhbər vəzifədə çalışmışam. Bütün bu vəzifələri lazımi səviyyədə yerinə yetirmişəm. Hesab edirəm ki, idmanı sevmək və idmanla yaşamaq lazımdır”.

85 yaşlı qojaman mütəxəssis Azərbayjan idmanı tarixində tanınan və böyük nüfuz sahibi olan pedaqoqlardan biridir. Onun keçdiyi həyat yolu gələjək nəsillər üçün bir örnək hesab olunur. Azərbayjan Ağırlıqqaldırma Federasiyasının və Milli Olimpiya Komitəsini rəsmi mətbuat orqanı olan “Olimpiya dünyası” qəzetinin kollektivi və çoxsaylı oxujuları adına Şüa müəllimi yubiley münasibəti ilə təbrik edirik. Ona sağlam jan və uzun ömür arzulayırıq.

Anar Əhmədov

Uğurları ilə gələjək nəsilə nümunə olan təjrübəli mütəxəssis Uğurları ilə gələjək nəsilə nümunə olan təjrübəli mütəxəssis