"Bavariya"nın baş məşqçisi Tomas Tuxel Çempionlar Liqasının 1/8 final mərhələsinin "Latsio"ya qarşı cavab oyunu (3:0) öncəsi motivasiya çıxışı zamanı ayağının sındığını açıqlayıb. “Matçdan əvvəl məşqdə künc zərbəsindən top qaldırdım. Amma bunun fəsadı pis oldu. Gərək bu qərardan çəkinərdim ”, - deyə CBS telekanalı Tuxeldən sitat gətirib.