"Liverpul"un hücumçusu Məhəmməd Salah futbolda inkişafına kömək edən hobbisindən danışıb. Misirli oyunçu şahmata aludə olduğunu etiraf edib. Bildirib ki, hər gün yeddi-səkkiz oyun oynayır. “Mersisaydlılar”ın mətbuat xidməti xəbər verir ki, hücumçunun fikrincə, bu oyun insanı strateji düşünməyə vadar edir ki, bu da futbolda kömək edə bilər. Xatırladaq ki, martın 10-da Yurgen Kloppun komandası İngiltərə çempionatının 28-ci turu çərçivəsində doğma meydanda “Mançester Siti” ilə üz-üzə gələcək. Oyunu Maykl Oliverin rəhbərlik etdiyi hakimlər briqadası idarə edəcək. Görüş Bakı vaxtı ilə saat 19:45-də başlayacaq.