Azərbaycan boksçusu Zidan Hümbətov Monteneqronun Budva şəhərində keçirilən gənclər arasında ənənəvi Dünya Kuboku statuslu “Adriatik incisi” beynəlxalq turnirinin qalibi olub.
Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən verilən məlumat görə, 51 kq çəkidə mübarizə aparan idmançımız finalda rusiyalı Arseni Jiltsovu 3:2 (29:28, 30:27, 28:29, 28:29, 29:28) hesabı ilə məğlub edərək qızıl medala yiyələnib.
Millimizin heyətində Bilalhəbəşi Nəzərov (48 kq) finalda Tamta Briyeşlə (Hindistan) üz-üzə gəlib. Rəqibinə 2:3 (28:29, 27:30, 28:29, 29:28, 29:28) hesabı ilə məğlub olan yığmamızın üzvü gümüş mükafatla kifayətlənib.
Qeyd edək ki, yarışda 22 ölkəni təmsil edən 245 boksçu mübarizə aparıb.