Boksçumuz Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazandı 

Boksçumuz Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazandı 

Boksçumuz Nicat Hüseynov Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə,  ikiqat Avropa çempionumuz bu uğura İtaliyanın Busto Arsizio şəhərində keçirilən I Dünya Olimpiya Təsnifat Turnirində nail olub. 51 kq çəki dərəcəsində mübarizə aparan boksçumuz 1/4 finalda ABŞ idmançısı Rosko Hillə qalib gəlməklə həm də Paris-2024-ə vəsiqə qazanıb.

Bu görüşədək dünya çempionatının bürünc medalçısı Deepak Deepak (Hindistan), mundialın finalçısı, Avropa çempionu Sahil Alahverdovi (Gürcüstan) və qitə ikincisi ermənistanlı Rudolf Qarboyan üzərində inamlı qələbə qazanan N.Hüseynov bu dəfə də rinqdən qalib ayrılıb. Dünya çempionatının gümüş medalçısı olan amerikalı rəqibini 3:2 hesabı ilə məğlub edən yığmamızın üzvü yarımfinala yüksəlməklə lisenziyaya sahib olub.

Nəticədə boks yığmamızın Paris-2024-ə qazandığı vəsiqələrin sayı 3-ə çatıb. N.Hüseynovdan əvvəl III Avropa Oyunlarında Murad Allahverdiyev (80 kq) və Məhəmməd Abdullayev (+92 kq) Olimpiadada iştirakını rəsmiləşdirib.

 

Boksçumuz Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazandı