"Arsenal"ın baş məşqçisi Mikel Arteta Çempionlar Liqasının 1/8 final mərhələsində "Porto" ilə cavab oyundan əvvəl mətbuat konfransında danışıb. O deyib: "Çempionlar Liqasının adına uyğun çıxış etməliyik. Burada yüksək səviyyəli komandalar oynayır. Biz də bu səhnədə təkmilləşməliyik. Azarkeşlərdən güclü dəstək tələb edirəm. Cəmi 1 qol vurub, hər şeyi öz yoluna qoymaq lazımdır. Axşam futbol azarkeşləri yuxusuz qaldıqlarına peşman olmayacaqlar ”, - deyə UEFA-nın rəsmi saytı Artetadan sitat gətirib.