Gənclər və İdman Nazirliyinin Kollegiya iclası keçirilib.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, Nazirlər Kabinetinin 12 mart 2024-cü il tarixli, 132 nömrəli qərarı ilə Kollegiya üzvü statusu qazanan regional gənclər və idman idarələrinin rəisləri də toplantıda ilk dəfə iştirak ediblər.
Nazir Fərid Qayıbovun sədrliyi ilə keçən iclasın gündəliyinə əsasən, bir sıra məsələlər müzakirə olunub və müvafiq qərarlar qəbul edilib. 2024-cü ilin təqvim planı, idman növləri üzrə milli komandalar, məşqçi və idmançı heyətlərinin siyahısına stronqmen idman növü üzrə əlavələrin edilməsi müzakirə olunaraq səsvermə ilə qəbul edilib. İclasda həmçinin "Şahin" hərbi-idman oyunu ilə bağlı məsələlər müzakirə olunub və müvafiq qərar qəbul edilib.
İclasın sonunda Fərid Qayıbov "İdman həftəsi" çərçivəsində keçirilən tədbirlərin təşkilindəki xidmətlərinə görə regional gənclər və idman idarələrinin rəislərinə təşəkkürnamə təqdim edib və fəaliyyətlərində uğurlar arzulayıb.