17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsinin II turunda B liqasının 2-ci qrupunda növbəti oyununu keçirib. Yığmamız Sloveniyadan olan həmyaşıdları ilə üz-üzə gəlib. Qarşılaşma rəqibin qələbəsi ilə başa çatıb - 0:4.
İlk matçda Bolqarıstana 1:6 hesabı ilə uduzan U-17 martın 20-də Moldova ilə görüşəcək.