İqor Tudor "Latsio"nun yeni baş məşqçisi olacaq. 45 yaşlı xorvatiyalı mütəxəssis artıq müqavilə bağlamaq üçün İtaliyaya gəlib. Roma klubunun mətbuat xidməti xəbər verir ki, Tudor martın 13-də vəzifəsindən uzaqlaşdırılan Mauritsio Sarrini əvəz edəcək. Xatırladaq ki, xorvatiyalı mütəxəssis buna "Udineze", "Yuventus" və "Verona"da çalışıb.
Xorvatiyalı məşqçi yenidən İtaliyada