Futbol üzrə Azərbaycan millisi bu gün Bakıda ilk dəfə təşkil olunan “FIFA series – Edition 2024” layihəsi çərçivəsində ilk oyununu keçirəcək.
Komandamız Tofiq Bəhramov adına Respublika Stadionunda Monqolustan yığması ilə üz-üzə gələcək.
Oyun saat 20:00-da başlayacaq.
Qeyd edək ki, digər oyunda isə Bolqarıstan və Tanzaniya yığmaları qarşılaşacaqlar. Mərdəkanda yerləşən “Liv Bona Dea Arena”sında keçiriləcək oyuna saat 17:00-da start veriləcək.
Millimiz bu gün Bakıda Monqolustan millisi ilə üz-üzə gələcək
![Millimiz bu gün Bakıda Monqolustan millisi ilə üz-üzə gələcək ](https://olimpnews.az/uploads/img/posts/2024/03/22/azerbaycan-futbol-millisi-bu-gun-monqolustanla-uz-uze-gelecekwebp-1711111622.webp)