Futbol üzrə Azərbaycan millisi Bakıda ilk dəfə təşkil olunan “FIFA series – Edition 2024” layihəsi çərçivəsində ilk oyununu keçirib. Komandamız Tofiq Bəhramov adına Respublika Stadionunda oyunda Monqolustan millisi ilə qarşılaşıb. Oyun millimizin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Matçda yeganə qolu 90+1-ci dəqiqədə Bəhlul Mustafazadə vurub.
Digər oyunda isə Bolqarıstan Tanzaniyanı 1:0 hesabı ilə məğlub edib.
Qeyd edək ki, Arif Əsədovun başçılıq etdiyi komanda növbəti oyununu martın 25-də Bolqarıstan seçməsinə qarşı keçirəcək.