“Real” olimpiadada iştiraka razılıq vermədi

“Real” olimpiadada iştiraka razılıq vermədi

Madrid “Real”ı cari mövsümün sonunda komandaya qoşulacaq hücumçu Kilian Mbappeni Paris-2024 olimpidasına buraxmır. Bu barədə X sosial şəbəkəsində jurnalist Ramon Alvares de Mont məlumat verib.

Mənbənin məlumatına görə, 25 yaşlı futbolçu artıq “Kral klubu” ilə müqavilə imzalayıb. “Real”ın rəsmiləri Mbappe ilə müqavilə bağlayanda onun Yay Olimpiya Oyunlarına buraxmayacağını da bildiriblər. Əvvəl bu qərarla razılaşmayan futbolçu klubun şərtini qəbul etməli olub.

Xatırladaq ki, Fransa paytaxtında keçirilməsi planlaşdırılan olimpiada 26 iyul - 11 avqust tarixinə təsadüf edəcək.