Futbol üzrə Rusiya milli futbol komandası “Crocus City Hall”da zərərçəkənlər üçün qanvermə aksiyasına qoşulub.
“İdman ictimaiyyəti, idman federasiyaları və Rusiya milli komandaları da donor kampaniyasına qoşulur. Rusiya milli futbol komandasının heyət üzvləri bu gün qan verib”, - deyə Federal Tibbi və Bioloji Agentliyin (FMBA) mətbuat xidməti “RİA Novosti”yə bildirib.
Bildirilir ki, hazırda donor olmaq istəyənlərdən 2 mindən çox müraciət daxil olub. Qeyd edək ki, martın 22-də naməlum şəxslər Krasnoqorskdakı “Crocus City Hall” binasında atəş açmağa başlayıblar. İstintaq Komitəsinin məlumatına görə, terror aktı nəticəsində 115 nəfər ölüb.