Trent “Real”ı maraqlandıra bilib

Trent “Real”ı maraqlandıra bilib

Madrid “Real”ı heyətini “Liverpul”un futbolçusu ilə gücləndirmək istəyir. "The Sun" xəbər verir ki, “Kral klubu” cinah müdafiəçisi Trent Alexander-Arnoldla maraqlanır. “Los Blankos” rəhbərliyi ulduz futbolçu üçün təxminən 88 milyon avro ayırmağa hazırdır. "Liverpul" da öz növbəsində Trentlə müqaviləni uzatmaq fikrindən daşınmayıb. Tərəflər arasında mövcud müqavilə 2025-ci ilin yayında başa çatır. “Mersisaydlılar” ona yeni müqavilə təklif etməyi düşünür.