La Liqa təmsilçisi "Jirona"nın cinah oyunçusu Yan Kouto Madrid "Real”ının yay transfer hədəfindən kənarlaşdırılıb. Bu barədə “Todofichajes” portalında məlumat yer alıb. Lakin braziliyalı futbolçunun Pep Qvardiolanın rəhbərliyi altında oynamaq istəyi ilə bağlı açıqlaması “Real”ın planlarını dəyişib. Klub prezidenti Florentino Peres Koutonun bu sözlərini bəyənməyib və onu almaqdan imtina edib. Qeyd edək ki, müdafiəçinin tam müqaviləsi "Mançester Siti"yə məxsusdur. Kouto bu mövsümün sonunda İngiltərə klubuna qayıdacaq.
İmtina üçün bir kəlmə kifayət edir