Bir sıra yarış və turnirlərdə əvvəlcədən proqnoz verən superkompyuter “Opta” AVRO-2024-ün pley-off mərhələsinin final matçlarının favoritlərini açıqlayıb. Ehtimallara görə Uels-Polşa cütlüyündə Robert Levandovskinin komandası favoritdir. Polyakların qələbəsinə 39 faiz inanmaq olar. Ukrayna-İslandiya cütlüyündə Ukrayna komandasının aşkar favorit olduğu daha aydın görünür – 66 faiz. “Opta” hesab edir ki, Gürcüstan-Yunanıstan cütlüyünün mübarizədə Villi Sanyolun komandası Avropa çempionatına vəsiqə qazana bilməyəcək. Bu qarşılaşmada superkompüter Gürcüstanın şansını 32, Yunanıstanın şansını isə 42 faiz nisbətində qiymətləndirib.
Məlumat üçün bildirək ki, martın 26-da Avropa çempionatının final mərhələsinə vəsiqə uğrunda final görüşləri keçiriləcək.