İngiltərə klubları sıraya düzülüb

İngiltərə klubları sıraya düzülüb

Madrid "Real”ının və Braziliya millisinin hücumçusu Rodriqo Londonun "Çelsi" klubunun maraq dairəsinə düşüb. Bu barədə “Todofichajes” portalı məlumat yayıb. 23 yaşlı futbolçu ilə "Çelsi" ilə yanaşı, “Mançester Yunayted”, “Arsenal”, “Mançester Siti” və “Liverpul” da maraqlanır. “Sambaçı”nın transfer dəyəri 100 milyon avro olaraq qiymətləndirilir. Onun “Kral klubu” ilə 2028-ci ilin ortalarına qədər müqaviləsi var.