“Verdiyim qərar hamını heyrətləndirəcək”

“Verdiyim qərar hamını heyrətləndirəcək”

Adı iki ildən artıqdır ki, Madrid "Real”ı ilə aktiv şəkildə çəkilən PSJ və Fransa millisinin hücumçusu Kilian Mbappe gələcək karyerası barədə yeni açıqlama verib.

"İnsanlar mənim gələcəyim barədə Avro-2024 başlamazdan əvvəl biləcəklər. Bu barədə çox sakitəm. Görünür verdiyim qərar hamını heyrətləndirəcək. Mən qitə çempionatına rahat başlamaq istəyirəm”, - deyə jurnalist Fabritsio Romano Mbappedən "Telefoot”a istinadən xəbər yayıb.