Millimiz bu gün Bolqarıstan yığması ilə qarşılaşacaq

Millimiz bu gün Bolqarıstan yığması ilə qarşılaşacaq

Futbol üzrə milli komandamız bu gün Bakıda təşkil olunan “FIFA series - Edition 2024” layihəsi çərçivəsində növbəti oyununa çıxacaq. Komandamızın rəqibi Bolqarıstan millisi olacaq. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 20:00-da başlayacaq.

Matçı estoniyalı hakim Kristo Tohver idarə edəcək. 

Qeyd edək ki, milimiz daha əvvəl Monqolustana 1:0 hesabı ilə qalib gəlmişdi.