Klubdakı “sambaçılar”ın sayı artır

Klubdakı “sambaçılar”ın sayı artır

"Nyukasl"ın yarımmüdafiəçisi Bruno Gimarayş karyerasını İspaniya La Liqasında davam etdirə bilər. “Todofichajes” portalının məlumatına görə, Madrid "Real”ı yarımmüdafiəçini transfer etməkdə maraqlıdır. Vinisius Junior, Rodriqo və Eder Militao da həmyerlisinin keçidi üçün  təbliğat işi aparırlar. Gimarayş yayda ayrılmağa yaxın olan xorvatiyalı Luka Modriçi əvəz edə bilər. Qeyd edək ki, Bruno İngiltərə Premyer Liqasında bu mövsüm 27 matçda iştirak edib. 26 yaşlı yarımmüdafiəçi 3 qol vurub və 5 məhsuldar ötürmə edib.